H.Əliyev adına BNEZ-də idman yarışlarının keçirilməsinə start verilib
5 Mart 2014 14:48 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində qeyd olunan bədən tərbiyəsi və idman günü ərəfəsində Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı neft emalı zavodunda Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin XXII Spartakiadasına hazırlıq işləri üzrə 2014-cü il üçün təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb. Socar.az xəbər verir ki, zavodun spartakiadalarda dəfələrlə qalib gəlmiş komandasının fiziki və texniki hazırlığının daha da artırılması məqsədilə "Məşəl" idman klubunun imkanlarından istifadə ediləcək, nəzərdə tutulmuş yarışlar təqvim üzrə ardıcıl olaraq keçiriləcək, bunun üçün lazımi idman ləvazimatları alınaca. İdman tədbirləri çərçivəsində zavoddaxili ənənəvi "Novruz-2014" spartakiadasının keçirilməsi də nəzərdə tutulur. Artıq zavodda idman yarışlarının keçirilməsinə start verilib.