“Palçıq pilpiləsi” yatağında yeni kompressor qurğuları quraşdırılacaq
4 Mart 2014 16:45 İqtisadiyyat"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağında atmosferə atılan alçaq təzyiqli qazların yığılaraq sahilə nəql olunması məqsədi ilə yeni kompressor qurğularının inşası nəzərdə tutulub. Socar.az xəbər verir ki,
"Neftqazelmitədiqatlayihə" İnstitutunun layihəsi əsasında yataqdakı 1100 saylı meydançada 4 ədəd, 1201 saylı meydançada isə 2 ədəd vakuum kompressor qurğusu quraşdırılacq. Bu qurğular vasitəsi ilə hasilat zamanı havaya atılan sutkalıq 150 000 kubmetr qazın yığılaraq sahilə nəqli mümkün olacaq. Layihə çərçivəsində həmin alçaq təzyiqli qazların yığılıb ümumi nəqletmə sisteminə ötürülməsi üçün meydançalararası qaz xətlərinin çəkilişi də nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31