“AtaSığorta”nın nizamnamə kapitalını 10 milyon manata çatdırılıb
4 Mart 2014 15:40 İqtisadiyyatQiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Atasığorta" ASC-nin 2,4 milyon manat həcmində səhmləri qeydiyyata alınıb. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, emissiya çərçivəsində nominal dəyəri 25 manat olan 96000 səhm buraxılıb. Bununla da şirkətin nizamnamə kapitalı 10 milyon manata çatıb. Nizamnamə kapitalının növbəti dəfə artırılması ilə bağlı "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bildirib ki,: AtaSığorta öz müştəriləri və tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək və özünün maliyyə sabitliyini təmin etmək üçün gələcəkdə də nizamnamə kapitalının artırılmasını davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31