ARDNŞ keçən ayın göstəricilərini açıqladı

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin fevral ayında 383 ton avtomobil benzini, 86 min 168 ton dizel yanacağı, 13 min 88 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac edib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, ümumilikdə, 2014-cü ilin yanvar-fevral ayları ərzində 383 ton avtomobil benzini, 164 min 275 ton dizel yanacağı, 23 min 245 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac olunub. 2014-cü ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 970,15 dollar, təyyarə yanacağının - 959,85 dollar, dizel yanacağının - 908,73 dollar, 1 faizli kükürdlü mazutun - 632,81 dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31