37 çoxmərtəbəli binaya qaz verilib

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2014-cü ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5091 mənzil var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31