Keçən ay Ceyhan limanından 1 milyon 400 min 577 ton xam neft ixrac edilib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin fevral ayında Novorossiysk limanından 84 min 910 ton, Supsa limanından 242 min 132 ton, Ceyhan limanından 1 milyon 400 min 577 ton xam neft ixrac edib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 169 min 649 ton, Supsa limanından 565 min 129 ton, Ceyhan limanından isə 2 milyon 992 min 617 ton xam neft ixrac olunub. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31