"Avro 4-ə keçid zamanı heç bir problem yaranmayacaq"
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Gömrük Komitəsilə birgə tədbirlər görür
3 Mart 2014 11:55 İqtisadiyyat"Avro 2 standartlarından Avro 4 standartlarına keçid zamanı heç bir problem yaranmayacaq". ANS PRESS-in məlumatına görə, bunu Standartlaşdırma və Sertifikatlaşdırma İnstitununun direktoru Sabiq Abdullayev deyib.
O bildirib ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Gömrük Komitəsi birgə müvafiq tədbirlər görür:
"Normativ bazaya dəyişikliklər hazırlanır. Yaxın zamanlarda həmin dəyişikliklər tətbiq olunacaq. Ümumilikdə Avro 2 standartlarından Avro 4 standartlarına keçid zamanı heç bir problem yaranmayacaq".
Onun sözlərinə görə, bu məsələyə aid olan hər bir qrum öz öhdəsinə düşən işi yekunlaşdırır. "Adi istehlakçılara, avtomobil biznesi ilə məşğul olan şəxslərə Avro 4 standartlarının tətbiqi heç bir ciddi problem yaratmayacaq".