Azərbaycan xarici dövlət borcunun həcmi açıqlandı

01 yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) oaln nisbəti 8.2 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlyıb. Maliyə Nazirliyindən "Olaylar2a verilən məlumata görə, kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. 01 yanvar 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 11.7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə - 47.1 faiz, avro - 28.8 faiz, yapon yeni - 9.5 faiz, digər valyutalar üzrə isə 2.9 faiz, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı. Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarıdan cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahəhələrə sərf edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31