Sığorta haqqı üzrə yığımlar 12,6 milyon manat təşkil edib
27 Fevral 2014 15:38 İqtisadiyyat"AtaSığorta" ASC 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə yekun vurub. Şirkətdən "OLAYLAR"-a verilən məlumata əsasən cari il ərzində şirkətin sığorta haqqı üzrə yığımları 12,6 milyon manat təşkil edib. 2012-ci illə müqayisədə sığorta haqqı yığımları 1,7 milyon manatdan çox artmışdır. 2013-cü ildə sığorta ödənişlərinin həcmi əvvəlki ilə nisbətən 0,25 milyon manat artaraq 3,0 milyon manatı ötüb. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılıb, aktivlərin ümumi həcmi isə 21 milyon manatı ötüb."AtaSığorta" ASC-nin 2013-cü il üzrə balans mənfəəti 1,7 milyon manat təşkil edib. Bundan əlavə şirkət cari il ərzində həm əməkdaşların sayı, həm də əhatə dairəsinə görə inkişaf edib. Belə ki, 2013-cü il ərzində şirkətə 54 nəfər yeni əməkdaş işə qəbul edilib və şirkətin xidmət şəbəkəsinə 1 filial, 6 nümayəndəlik və 5 yeni satış ofisi əlavə olunub.