“Neft Daşları” yatağındakı 2183 nömrəli quyu istismara verilib
27 Fevral 2014 15:37 İqtisadiyyatAzərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır. İstehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə yatağın işlənilməsini həyata keçirən "Neft Daşları" NQÇİ-də mühüm tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Bu günlərdə "Neft Daşları" yatağındakı 2182 nömrəli meydançadan 2183 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31