2013-cü ildə rəqəmli məzmunun qlobal satış həcmi 57 milyard dollar təşkil edib
27 Fevral 2014 01:04 İqtisadiyyat"IHS Technology" şirkətinin analitiklərinin hesablamalarına görə, 2013-cü ildə rəqəmli məzmun bazarının qlobal həcmi 57 milyard dollar olub. Bu göstərici 2012-ci illə müqayisədə 33% çoxdur. Bu halda ötən il ödənişli onlayn filmlərin payı 8 milyard dollar təşkil edib.
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, analitiklər hesabatda Yaponiya və Cənubi Koreyanın rolunu ayrıca qeyd ediblər. Bu ölkələrin sakinlərinin rəqəmli məzmuna marağı çox sürətlə artır. Lakin hazırda ABŞ və Avropa sakinləri dünyada rəqəmli məzmunun əsas istehlakçısı olaraq qalırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31