ARDNŞ rəsmisi şirkətdəki ixtisarlardan danışdı
İdarələrdə 7222 işçi yeri ixtisara düşüb, 6418 nəfər neft şirkətində olan vakansiyalarda yerləşdirilib
24 Fevral 2014 12:53 İqtisadiyyat2013-cü ilin dördüncü rübündə Dövlət Neft Şirkətinin strukturunun dəyişdirilməsinə başlanılıb. Artıq bu prosesin bir ayı tamam olub. "Dörd idarədə çoxpilləli idarəetmə sistemi iki pilləli ilə əvəz olunub. Onların hər birinin şöbələri idarə etmədə çətinlik yardadırdı".ARDNŞ-də struktur təkmilləşdirliməsi ilə bağlı əmrləri həyata keçirlilən tədbirlər və statistik məlumatlar mövzusunda konfrans keçirilib. Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnalogiyaları üzrə vitse-prezident Xalid Məmmədov şöbələrə verilən tapşırıqlarda problemlər olduğunu deyib. "Onlara verilən tapşırığın qol-qanadı qrılırdı".
Vitse prezident bildirib ki, şirkətin idarələrində 7222 işçi yeri ixtisara düşüb, 6418 nəfər neft şirkətində olan vakansiyalarda yerləşdirilib. Onlardan 167 nəfəri qulluqçu idi. 108 nəfər isə öz istəyi ilə işdən azad olub.
"Bizim seçimlərimizdə əsas şərt peşəkarlıqdır. Bu zaman ədalət prinsipi qorunmalıdır. Bizim məqsədimiz peşəkar işçilərmizi saxlamaqdır. Bizə qoşulan 108 işçi bir ay ərzində 50 faiz əmək haqqı almaqla razılaşıblar".
ARDNŞ rəsmisinin sözlərinə görə, 4346 təyin olunan vakansiya yeri var. Biz onların bir hissəsini ixtisas artırmağa cəlb edirik. 3098 vakansiyanın doldurulması üçün daxildə sərbəstləşən yerlərin işçilərindən istifadə edilir. "Daha 43 yer üçün isə imtahan keçirəcəyik. Bu yerlərin uğurunda 64 nəfər mübarizə aparacaq". ans