“İpək yolu”nda sərnişin və yük daşımaları artıb

2013-cü ildə "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59,0 milyon ton və ya əvvəlki illə müqayisədə 3,8 faiz çox yük, 285,2 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 46,5 faizi avtomobil, 36,2 faizi dəmir yolu, 17,3 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 9,0 faiz, dəmir yolu nəqliyyatında 0,2 faiz artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 25,0 faizini və ya 14,8 milyon tonunu tranzit yüklər təşkil edib. Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,5 faiz və 15,8 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31