Kiyevdəki hadisələr zamanı həlak olanların xatirəsi Bakıda yad ediləcək
21 Fevral 2014 16:39 İqtisadiyyatUkraynanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının dəstəyi ilə Kiyevdəki hadisələr zamanı həlak olanların xatirəsinin yad edilməsi məqsədilə anım mərasimi keçiriləcək.
APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasim fevralın 22-də saat 11:00-da Bakının Kafedral Kilsəsində keçiriləcək.
Qeyd edək ki, son məlumatlara görə, Ukraynada toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31