Avropa İttifaqı Suriya üçün 12 milyon avro ayırdı
18 Fevral 2014 15:24 İqtisadiyyatAvropa İttifaqı Suriyadakı kimyəvi silahların məhv edilməsi üçün 12 milyon avro ayıracaq. Təşkilatın ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Aİ-nin bu qərarı Suriya məsələsinin həlli üçün keçirilən Cenevrə danışıqlarında effektiv nəticə ortaya qoya bilər. Rusiya mətbuatının məlumatına görə, kimyəvi silahların məhv edilməsi vəzifəsini BMT və Kimyəvi Silahların Qadağan edilməsi üzrə Beynəlxalq Təşkilat üzərinə götürəcəklər. Aİ həmçinin KSQBT-ya əlavə olaraq maddi-texniki kömək üçün 4.5 milyon avro təklif edib. Avropa Komissiyasının rəsmisi Andris Piebalqs Avropa İttifaqının qərarını analoqu olmayan proqram adlandırıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31