Tikintiyə yönəldilən vəsait 6,3 faiz artıb
18 Fevral 2014 12:50 İqtisadiyyat2014-cü ilin yanvar ayında ölkənin tikinti kompleksində 660.9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6.3 faiz çox vəsaitdən istifadə edilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, onun 378.5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 444.5 milyon manatı yerli mənbələrdən daxil olub, 58.8 faizi (388.6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120.5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31