Ərzaq məhsulları bahalaşıb
18 Fevral 2014 12:24 İqtisadiyyatYanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2013-cü ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, xidmət tarifləri 0.9 faiz ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib. 2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşıb. Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31