Qeyri-neft məhsullarının ixracı 6.0 faiz artıb

2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34.7 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən əmtəə dövriyyəsinin 69.1 faizini və ya 24.0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30.9 faizini isə idxal məhsulları təşkil edib, 13.3 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 88.3 faizi və ya 30.6 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 11.7 faizi MDB üzvü ölkələri ilə aparılıb. Ölkəmizə idxal olunmuş malların 76.2 faizi və ya 8.1 milyard dolları uzaq xarici dövlətlərdən, 23.8 faizi MDB üzvü ölkələrindən daxil olub. Ölkədən ixrac edilmiş malların 93.7 faizi, yaxud 22.5 milyard dolları uzaq xarici dövlətlərə, 6.3 faizi isə MDB üzvü ölkələrinə göndərilib. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil edib. Ötən il qeyri-neft məhsullarının ixracı 6.0 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31