Maliyyə Nazirliyi sahibkarları cərimələdi

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən yanvarda "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə 8 yoxlama aparılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2307 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilib və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 23 min 70 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

2014-cü ilin yanvar ayında yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 8 qərar çıxarılıb və ümumilikdə 6 min 400 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə yanvar ayında 114 min 445 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31