Nazir müavini: "Bəzi müəssələrdə rəhbərlə texniki işçi eyni maaş alır"

Sahir Məmmədxanov qeyd edib ki, bu sahədə mövcud probleri aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilir

"Bəzi müəssələrdə həm rəhbər həm də texniki işçi eyni maaş alır. Bu düzgün bir şey deyil".  Bunu vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov bu gün keçirilən mətbuat konfransında deyib. Nazir müavini qeyd edib ki, bu sahədə mövcud probleri aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilir:  "Hazırda ölkə başçısının tapşırığı ilə iş yerlərinin və işçilərin əmək haqqlarının rəsmiləşdirilməsi prosesi aparılır. Təkcə ötən il hüquq vergi pozmaları ilə əlaqədar 519 cinayət işi açılıb. Bu sahədə tədbirlərin görülməsi nəticəsində ötən il vergi borcları 2012-ci illə müqayisədə 9 % azalıb. 230 mindən çox vergi borcu olan vergi ödəyicilərinin borcları bağlanılıb".

Sahir Məmmədxanov həmçinin bildirib ki, vergi yığımları zamanı müxtəlif mexanizmlərdən istifadə olunur:

"Xüsusi ilə minik avtomobillərinə sərəncam qoyulması geniş vüsət alıb. Bu yolla xeyli sayda dövlət büdcəsinə vəsait daxil olub. Hüquqi şəxslərin vergiyə cəlb olunması ilə bağlı da bir sıra mexanizmlərdən istifadə edilir. Hansısa şirkətdə payı olan hüquqi şəxslərin borclarının müsadirəsi ilə tənzimlənir. Həmçinin dünya praktikasından istifadə edərək sözügedən şəxslərin ölkədən kənara çıxması ilə bağlı da qadağalar da tətbiq olunur. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31