Qaz İxrac İdarəsinə beynəlxalq sertifikatlar təqdim olunub

ARDNŞ-nin Qaz ixrac İdarəsinə ''Bureau Veritas'' Şirkəti tərəfindən verilmiş İSO 9001 ''Keyfiyyət İdarəetmə sistemi'', İSO 14001 ''Ətraf mühitin idarə edilməsi sistemi'' və OHSAS 18001 ''Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi'' standartları üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, mərasimdə şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, ''Azəriqaz'' İB-nin Baş direktoru Əkbər Hacıyev, Qaz ixrac İdarəsinin rəisi Qağaməli Seyfullayev və digər şəxslər iştirak edib.

Qeyd eddilib ki, ötən il ''Bureau Veritas'' Şirkəti tərəfindən Qaz ixrac İdarəsində audit keçirilib və auditin nəticələrinə görə idarənin fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması haqqında qərar qəbul olunub. Tədbirin sonunda İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq sertifikatları Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayevə təqdim edilib.                                

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31