Əmtəə satışının həcmi 10 faiz artıb

2014-cü ilin yanvar ayında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,7 milyard manatlıq və ya 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, istehlak mallarının 900,3 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil edib. Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31