İlk əcnəbi ARDNŞ-nin Baş ofisində təcrübə keçib
11 Fevral 2014 12:40 İqtisadiyyatAlmaniya vətəndaşı Venzel Brukner Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Baş ofisinin Protokol İdarəsində təcrübə keçib. Socar.az xəbər verir ki, o, ARDNŞ-də təcrübə keçən ilk əcnəbi olub. Bu günlərdə Şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sınaq müddətinin başa çatması ilə əlaqədar olaraq Venzel Brukneri qəbul edib. Venzel Brukner təcrübə müddətində yaradılmış şəraitə görə ARDNŞ-nin rəhbərliyinə minnətdarlığını bildirib, bu təcrübənin onun karyerasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31