Məşhur şirkət indi də robot hazırlayacaq

Böyük Britaniyanın kondisioner, tozsoran və digər məişət texnikası istehsalçısı "Dyson" şirkəti London İmperiya Universiteti yanında robot texnikasının yaradılmasına 8 milyon avro yatıracaq. Yeni laboratoriyada aparılacaq tədqiqatlar gələcək robotlar üçün videosistemlərin yaradılmasına yönəldiləcək. Şirkət təkcə videosistemlər yaratmaq deyil, həm də onları müxtəlif məqsədlər üçün adaptasiya etməyi planlaşdırır.  "Dyson" nümayəndələri bildirirlər ki, onlar əvvəlcə robotlaşdırılmış tozsoranlar, daha sonra geniş sahədə tətbiq edilən robotlar üçün robotmüşahidə sistemi yaratmaq niyyətindədirlər. "Dyson" şirkətinin təsisçisi Ceyms Dayson bildirib ki, şirkət son nəticədə ev təsərrüfatında istifadə üçün nəzərdə tutulan geniş çeşidli robotların istehsalını planlaşdırır. "Mənim nəslim inanırdı ki, 2014-cü ildə planetdə hər şey robotlar tərəfindən idarə olunacaq. Hazırda biz bunun üçün texnologiya və mexanizmlərə malikik, lakin robotlar hələ də ekzotika olaraq qalır və biz onları insanlara daha yaxın etməyi düşünürük", - o vurğulayıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31