Mənzillər bahalaşdı
Vüqar Bayramov: “10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq”
10 Fevral 2014 15:13 İqtisadiyyatÖtən il ərzində paytaxtın ilkin mənzil bazarında başlayan qiymət artımı cari il üçün də xarakterik olub. Alıcıların tədricən bazara qayıtmaları son nəticədə alqı-satqı əqdlərin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərin bu faktorda böyük rolu olsa da, tikinti şirkətlərinin qiymətləri stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə bağlanan əqdlərin sayında artım müşahidə edilib. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda söküləcək evlərin sayını açıqlayıb. BŞİH-nin aparatının rəis müavini Zülfəli İsmayılov bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb. Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır: "Ərazilər ölçülür. Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. AZdrama-nın aşağı hissəsində məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur". Meriyadan bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib. Qeyd edək ki, müfəssəl planda söküntünün Azdramanın yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib.
İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir. Keçmiş Sovetki adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi ilə əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir. Evlərin köçürülməsi fondunda yalnız nağd konpensasiyaların ödənilməsi "yeni evsizlərin" mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarıa gətirib çıxaracaq. Bu baxımdan ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artmasl deyil, eyni zamanda bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir. Konpensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Konpensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır. Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bi il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qisa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemii həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq. Digər tərəfdən, mənzil bazarındakı "dillerlərin" evlərə görə konpensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir. Əslində, Bakınin yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə konpensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsid daha məqsəduyğunudr. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır.
Alim