Vergilər Nazirliyinin işçilərinin sayı artırıldı QƏRAR

Baş nazir Artur Rasizadə Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.  Qərara əsasən, Vergilər Nazirliyinin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2319 vahid, o cümlədən, aparatın ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahid müəyyən edilib.

Maliyyə və vergilər nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31