Bank aktivləri artıb

"AtaBank" ASC-nin 2013-cü ilə maliyyə təsərrüfat nəticələri uğurlu olub. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, ötən il aktivlərin dinamikasında 30,4 faiz və ya 87,3 milyon manat artım müşahidə olunub. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə  çarpacaq dərəcədədir. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 188,5 milyon manat olduğu halda, yekunda bu rəqəm 241,7 milyon manatı keçib. İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8 faiz və 19,4 faiz təşkil edib. 2014-cü ilin əvvəlinə bankın bankomatlarının sayı 80, şəbəkəsinə qoşulmuş POS terminal sayı isə 8188 ədəd olub. İlin nəticəsinə görə bankın xalis mənfəəti 5,6 milyon. manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31