Ölkədə orta əməkhaqqının məbləği açıqlandı

Dövlət Statistika Komitəsi fevralın 7-də iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, 2014-cü il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.  Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,0 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 423,0 manat olub. "Media forum"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31