“Heç bir dövlət bizə borc vermək istəmirdi”

"Vergi sisteminin formalaşması çox çətin şəraitdə keçirilib. Ölkənin iqtisadiyyatı tənəzzülə uğrayırdı". Bu barədə "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən III Vergi Forumunda çıxışı zamanı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələr sırasındadır: "Müstəqilliyinin ilk illərində heç bir dövlət bizə borc vermək istəmirdi. Bu gün isə Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Son 10 ildə ərzində Vergilər Nazirliyin xətti ilə heç bir problem yaranmayıb. Qeyri-neft sektorunun inkişafında düşünülmüş vergi siyasəti durur. Prezident bu ili "Sənaye ili" elan edib. Yeni sənaye sahələri yaradılacaq. Azərbaycanda vergi yükü 20-22% təşkil edir. Uşaq bağçalarını 10 il müddətində mənfəətdən azad etdik. Ali məktəblər əlavə dəyər vergisindən azad olunub. Son illərdə Azərbaycanda Vergi Məcəlləsi xeyli yüksəlib. Ən vacib məsələlərdən biri də real sektordur. Biz elə etməliyik ki, sahibkarlara yük düşməsin. Sahibkarla verilən güzəştlər davam etdirilsin. Bütün sahibkarlar qanunlar qarşısında cavabdehdir". azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31