Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb
7 Fevral 2014 11:27 İqtisadiyyat2014-cü ilin yanvar ayı ərzində 2 milyon 208 min 677 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Socar.az xəbər verir ki, bu həcmin 1 milyon 592 min 40 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il fevral ayının 1-ə qədər Ceyhan limanından 235 milyon 352 min 591 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31