“Neft Daşları” yatağında yeni quyu qazılır
6 Fevral 2014 12:54 İqtisadiyyatKompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2599 nömrəli quyunun qazma işlərinə başlanılıb. Socar.az xəbər verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2450 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31