Azərbaycan banklarındakı əhalinin əmanətləri daha bir il müddətinə vergidən azad edilib
5 Fevral 2014 15:26 İqtisadiyyatAzərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilədək banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanunu imzalayıb. Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, banklar və digər kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə qarşı ilk vergi güzəştləri 1999-cu ildə tətbiq edilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2014-cü ilin əvvəlinə ölkə banklarında əhalinin əmanətləri 6,39 milyard manat təşkil edib. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31