Azərbaycan Ukraynaya pul verəcək

Avropa Birliyi, ABŞ, Azərbaycan, Norveç və Yaponiya birlikdə beynəlxalq donor qrupu yaradaraq Ukraynaya maliyyə yardımı edəcək

Avropa Birliyi, ABŞ, Azərbaycan, Norveç və Yaponiya birlikdə beynəlxalq donor qrupu yaradaraq Ukraynaya maliyyə yardımı edəcək. EUobserver-in verdiyi məlumata görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton yeni maliyyə təklifi ilə Kiyevə yola düşüb. Məlumata görə, maliyyə dəstəyi Aİ-nin Ukraynaya qarşı sanksiyalar tətbiq etməsindən sonra göstəriləcək.  Ukrayna Prezidenti Viktor Yanukoviçə maliyyə yardımı müqabilində müəyyən şərtlər qoyulacaq. Ketrin Eşton bu gün gecə yarısında Kiyevdə olacaq və çərşənbə günü rejimlə və müxalifətin liderləriylə görüşlər keçirəcək.

Qeyd edək ki, Ukraynaya Aİ tərəfindən yeni maliyyə yardımının təklif edilməsindən sonra Rusiya rəsmi Kiyevə vəd etdiyi 15 milyard dollarlıq maliyyə paketini dondurub. Eyni zamanda Yanukoviçə xəbərdarlıq edilib ki, Ukraynanın Rusiyaya qaz alqı-satqısına görə 2,7 milyard dollar borcu var. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31