İxrac edilən neftin həcmi açıqlandı
4 Fevral 2014 11:32 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322 min 996 ton, Çeyhan limanından 1 milyon 592 min 40 ton xam neft ixrac edib. Socar.az xəbər verir ki, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi isə 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib. 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib. "OLAYLAR"