İT sahəsində əməkhaqqı və imtiyazlar yüksəkdir

ABŞ-da İT sahəsində əməkdaşlara verilən əməkhaqqı və imtiyazlar artır, iş yerləri sürətli açılır, işsizlik səviyyəsi isə çox aşağı səviyyədədir. Sorğunun nəticələrinə görə, İT sahəsində çalışan ekspertlərin 54 faizi öz işindən razıdır ki, bu da bir il əvvəldən 3 faiz bənd azdır. Rəyi soruşulanların 64 faizi yeni və daha münasib iş tapacağına ümid etdiyini bildirib. Ekspertlər bildirirlər ki, işəgötürənlər ixtisaslı mütəxəssisləri əldə saxlamaq üçün səy göstərməldirlər. Əməkdaşları həvəsləndirmə üsullarından biri əməkhaqqının artırılmasıdır. 2013-cü ildə ABŞ-da İT mütəxəssislərinin orta əməkhaqqısı 87 811 dollar təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 2,6 faiz yüksəkdir. Daha çox artım İT mütəxəssislərinin 5,3 faiz çox əməkhaqqı aldığı 2012-ci ildə qeydə alınıb.  Qeyd edilir ki, texnoloji sektorda əməkhaqqılar ardıcıl doqquzuncu ildir yüksəlir. Bununla belə, məvacibin artırılması 1-5 illik iş təcrübəsinə malik mütəxəssislərə şamil edilir, halbuki beş ildən çox təcrübəyə malik peşəkar mütəxəssislər mükafatlar alır. İT sahəsinin rəyi soruşulan əməkdaşlarının təxminən 34 faizi ilin yekunları üzrə 9323 dollar mükafat alıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31