“Facebook” reklam gəlirlərini açıqladı
30 Yanvar 2014 12:59 İqtisadiyyat"Facebok" sosial şəbəkəsinin 2013-cü ildəki reklam gəlirinin 2 milyard 340 milyon dollar olduğuğu, əvvəlki ilə görə reklam gəliri artımının yüzdə 76 olduğu açıqlanıb.
"OLAYLAR"ın məlumatına förə, sosial şəbəkənin ümumi gəlirinin yüzdə 53-nün mobil reklamlardan əldə olunduğu bildirilib. Gələn həftə 10 yaşını tamalayacaq şəbəkənin 1 milyard 230 milyon istifadəçisinin dörddə üçünün ağıllı telefon, planşet və digər mobil xidmətlərdən yararlandığı bildirildi.
2013-cü ilin sonunda dünya üzrə 1 milyard 230 milyon aylıq istifadəçiyə xidmət göstərdiyi bildirilən sosial şəbəkəyə gündə ən azı bir dəfə olmaqla 757 milyon insan daxil olur. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31