Dövlət qurumlarının sərəncamındakı vəsaitlərlə vahid yanaşma tətbiq edilsin-Təklif
12:55 İqtisadiyyatAzərbaycanda dövlət qurumlarının sərəncamındakı vəsaitlərlə bağlı vahid yanaşma tətbiq edilməlidir.
"Olaylar " xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - Polis haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Həmin vəsaitlərin xərclənməsi ilə bağlı müxtəlif dövlət qurumlarında fərqli yanaşmalar - fərqli faizlər tətbiq olunur. Bu faizlərin müəyyən edilməsində hansısa meyar varmı? Yaxşı olardı ki, vahid yanaşma tətbiq edilsin, vahid- fiks faizdən istifadə olunsun", - deyə o qeyd edib.
Xatırladaq ki, qanunda edilmiş dəyişikliyə görə, bundan sonra yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 %-nin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunması nəzərdə tutulur.