Mərkəzi Bankın maliyyə vəsaiti itirməsinə nə səbəb olub?
19 May 2022 14:34 İqtisadiyyat200 milyon manatın məsuliyyətini kim daşıyır?
Səngimək bilməyən pandemiya dünya iqtisadiyyatına təsirini göstərməkdədir. Dünyada baş verən iqtisadi çöküşdən əziyyət çəkən sahələrdən biri də bank sektorudur. Üstəlik Rusiyaya tətbiq edilən bank sanksiyaları heç şübhəsiz ki, qonşu ölkələrin maliyyə sisteminə öz təsirini göstərib. Lakin sadalalanan faktlar heç də əsas vermir ki, banklar yaranmış vəziyyətdən sui-istifadə hallarına yol versinlər. Fakt isə ondan ibarətdir ki, bir sıra ölkələrdə banklar fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üz-üzə qalıblar. Bu arada Azərbaycan Mərkəzi Bankı da 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan məlum olur ki, qlobal maliyyə bazarlarındakı enmələr Mərkəzi Bankın bütün aktivləri üzrə daxilolmalarda özünü göstərib. Bu da, öz növbəsində, bankın valyuta ehtiyatlarının azalmasına öz təsirini göstərib. Hesabatdan məlum olur ki, təkcə 2021-ci ildə Bank 200 milyon manatdan çox məcmu zərər edib. Bu isə, bankın aktivlərini nəzərə alsaq, kiçik rəqəm deyil. Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəətlə bağlamışdı. Xüsusən də qiymətli kağızların dəyərsizləşməsindən Mərkəzi Bank daha çox itirib. Məsələ ondadır ki, qiymətli kağızların qiymətinin dəyişməsindən və dəyərsizləşməsindən 52 milyon manata yaxın zərər qeydə alınıb. Xarici valyuta məzənnələrinin dəyişməsindən isə yaranan zərər 60 milyon manatı ötür. Görünən odur ki, ötən müddət ərzində bank nəzərəçarpacaq dərəcədə maliyyə itkisinə məruz qalıb. Məhz bu maliyyə itkisi Elman Rüstəmovun Mərkəzi Banka rəhbərlik etdiyi dövrə təsadüf edib. Maraqlıdır, Mərkəzi Bankın zərərlə işləməsinin kökündə hansı amillər dayanıb?
Hesabata nəzər yetirdikdə ilkin qiymətləndirmə ondan ibarət olur ki, idarəçiliyin düzgün qurulmaması Mərkəzi Bankın vəsaitinin azalmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, Mərkəzi Bank hesabat hazırlayarkən hesabat dövrünün maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparır. Mərkəzi Bankın rəyinə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, Bankın 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir. Deməli, Mərkəzi Bankın ziyanla işləməsi qurumun öz rəyində də təsdiqini tapmış olur. Elə isə ölkənin mərkəzi bankının ziyanla içləməsinə sıbıb olan amillər hansılardır? Füzdür, iqtisadi ekspertlər bunu ən müxtəlif səbələrlə izah edirlər. Ancaq fakt odur ki, Mərkəzi Bankın zərələ işləməsi bütövlükdə iqtisadi sferaya təsirini göstərmiş olur. Burada söhbət iqtisadi quruculuqdan tutmuş kiçik və orta sahibkarlığın inkişafından gedir. Üstəlik, bankın zərələ işləməsi ölkənin pul-kredit siyasətinə, o cümlədən həyata keçirilən valyita əməliyyatlarına, dövlətin xarici borclar məsələsinə və ən nəhayət kredit faizlərin artmasına təsirsiz ötüşmür. Məlum olduğu kimi Azərbaycanda kredit faizləri dünya ölkələri ilə müqayisədə xeyli dərəcədə yüksəkdir. Dəfələrlə ekspertlərin kredit fazilərinin endirilməsi barədə verdikləri təkliflər Mərkızi Bank tərəfindın qulaqardına vurulub. Belə halda maliyyə çatışmazlığı inzibati və əmək haqqı xərclərinin çox olmasından deyil, bank sektorunun şəxsi mülkiyyətə çevrilməsi inzibati amirlik səbəblərindən baş verə bilər. Məlumdur ki, Mərkəzi Bank öz valyuta ehtiyatlarını idarə edir və bu zaman müxtəlif valyutalardan istifadə edir. Həmin valyutaların məzənnəsinin dəyişməsinə uyğun olaraq Mərkəzi Bank vəsaitlərini itirə bilər. Əgər, bank rəhbərliyinin səriştəsi yetərincədirsə, banuk bu əməliyyatlar zamanı qazanır, əks halda itirir. Hər həftə sonu "qara bazar"a ötürülən valyutalardan əldə edilən gəlirlər şəxsi hesablara ötürülməsə bank kifayət qədər qazanc əldə edə bilər. O cümlədən, kommersiya banklarına verilən kreditlərin faizləri "sövdələşmə" yolu ilə deyil, qanuni şəkildə aparılsa, bank niyə zərərə düşə bilər?
xxx
Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq hələ də kreditlər baha təklif olunmaqdadır. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir. Aydındır ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Ekspertlərin qənaətinə görə, kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlər yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir. Belə halda, Mərkəzi bankın vəsaitlərinin azalması üçün heç bir tutarlı səbəb yoxdur. Bu zaman bank rəhbərliyinin məsuliyyət məsələsi ortaya çıxır. Belə ki, rəhbərlik maliyyə hesabatlarının qaydalara uyğun hazırlanmasına və düzgün təqdimatına, saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin müşahidə olunmadığı maliyyə hesabatlarının hazırlanması üçün öz qənaətinə əsasən zəruri saydığı daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik mühasibat uçotunun fasiləsiz fəaliyyət məsələlərini müvafiq şəkildə açıqlamaqla Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini qiymətləndirməyə görə məsuliyyət daşıyır. Bu öhdəliyi yerinə yetirərkən rəhbərlik Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunun 14-cü maddəsinin müddəalarını nəzərə almalıdır. Həmin maddəyə əsasən Bank müflis elan oluna bilməz və hər hansı kapital çatışmazlığı Azərbaycan Respublikası dövlətinin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.İdarəetməyə məsul şəxslər Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Alim