Azərbaycanda komanda meydana 2 qapıçı ilə çıxdı

"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb.

26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib.

Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulub.

Heyət qıtlığı səbəbindən texniki zona hər iki qapıçının eyni vaxtda xidmətindən istifadə etmək məcburiyyətində qalıb.

Belə ki, Ayxan Qocayev qapını qoruduğu halda, digər qolkiper Çerkez Hüseynov meydanda oyunçu kimi mübarizə aparıb. /Sportinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31