Davos Forumu ölkəmizə investisiyaların cəlb edilməsi üçün bir vasitədir- TƏHLİL
Davos Forumu ölkəmizə investisiyaların cəlb edilməsi üçün bir vasitədir-TƏHLİL
29 Yanvar 2020 16:13 İqtisadiyyatAzərbaycan regionun stabillik faktoruna çevrildiyini bariz şəkildə ortaya qoya bilib
Hazırda dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazanığı böyük nüfuzun əyani göstəricisi kimi qəbul edilməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Məhz bu siyasətin nəticəsidir ki, Davos İqtisadi Forumunun bir ofisinin məhz Azərbaycanın paytaxtı Bakı şəhərində açlması barədə qərar qəbul edilib. Maraqlıdır, sözügedən ofisin açılması ölkəmizə, eləcə də Azərbaycanla Davos İqtisadi Forum arasındakı əməkdaşlığın inkişafına hansı töhvəsini verəcək? Qeyd edək ki, Davos Forumu dünyada iqtisadi prosesləri tənzimləməyə çalışan, müxtəlif ölkələrə investisiya cəlb edilməsi üçün danışıqlar məkanı kimi böyük iqtisadi platformadır. Bu platforma üzərində siyasilər, alimlər, kommersiya və biznes strukturları geniş danışıqlar aparır, bir-biri ilə müxtəlif sövdəşmələr həyata keçirirlər. Nəticə etibarilə dünya iqtisadi böhranının həm qarşısının alınmasında, həm də dünya iqtisadiyyatının normal inkişafında əhəmiyyətli rol oynayır. Politoloq Qabil Hüseynli deyib ki, ölkə Prezidenti İlham Əliyev 2007-ci ildən etibarən Davos Forumlarına hər il qatılır: "Bu müddət ərzində həm çıxışları ilə, həm də müxtəlif aparıcı siyasi danışıqlarla ölkəmizin iqtisadiyyatı haqqında ətraflı məlumat verir, eləcə də ölkəyə investisiya cəlb etmək üçün müxtəlif kommersiya qurumları ilə, dövlətlərlə danışıqlar aparır. Bu il dövlət başçısının Davos səfəri daha əlamətdar olub. Beləki Davos Forumu Azərbaycan iqtisadiyyatı ilə bağlı İlham Əliyev cənablarının böyük bir məqaləsini hazırlayıb. Davos Forumunun saytında Prezidentimizin ölkəmizin son illərdə inkişafı ilə bağlı böyük bir məqalə dərc edilib. Həmin məqalədə ölkəmizin keçdiyi iqtisadi inkişaf yolu ətraflı işıqlandırılır. Məsələn, ölkə başçısı qeyd edir ki, 2007-ci ildən bu yana Azərbaycanda məcburi məhsul istehsalı iki dəfədən çox, qeyri-neft sektorunun məhsulları isə iki yarım dəfədən çox artıb. Bundan başqa Azərbaycan iqtisadiyyatı bölgənin super iqtisadiyyatı kimi 50 inkişaf etmiş iqtisadiyyatın içərisinə daxil olmuş və orada 46-cı yeri tutmaqda davam edir. Azərbaycan bu müddət ərzində mühüm enerji və dəmiryolu qovşağına çevrilib. Həmin məqalədə İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolunu iki qitəni birləşdirən və çox böyük səmərəli bir yol kimi təqdim edir və qeyd edir ki, bu yolun çəkilməsi sayəsində Avropa ilə Asiya arasındakı yükdaşımaların müddəti iki dəfə aşağı salınır və qiymətlərində də ciddi surətdə aşağıya düşmə meyilləri müşahidə edilir. Ölkə Prezidenti göstərir ki, Davos Forumunda biz təkcə nailiyyətlərimizi bölüşmürük, həm də ölkəyə yeni investisiyalar cəlb etmək üçün danışıqlar aparırıq. Bundan başqa dövlət başçısı açıq surətdə bəyan etdi ki, ölkəmizə qarşı təcavüz etmiş və torpaqlarımızın 20 faizini işğal etmiş təcavüzkar Ermənistan bölgədə həyata keçirdiyimiz bütün iqtisadi layihələrdən kənarda qalıb. Bir sözlə, Davos Forumu çox böyük tribuna, platforma Azərbaycan tərəfindən illərdir ki, çox effektli, səmərəli surətdə istifadə edilir və bu istifadə nəticəsində Azərbaycanın inkişaf nailiyyətləri, eləcə də yeni inkişaf modellərinin öyrənilməsinə can atılır". Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, "Davos Forumu iqtisadi xarakter daşısa da, bu artıq dünya liderlərinin, dünyanın taleyini həll edən şirkət rəhbərlərinin qeyri formal dünya problemlərini həll edən bir məclisə çevrilib. Forum orada iştirak ölkələrin bir-biri ilə sıx iqtisadi əlaqələr qurmasına, dünya problemlərinə öz baxışlarını açmasına imkan verir. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev davamlı olaraq artıq uzun müddətdir ki, Davos Forumunda iştirak edir: "Bu Forum çərçivəsində çox sayda görüşlər keçirilir, Azərbaycana maraq göstərən şirkətlərlə müzakirələr aparılır və Azərbaycanın iqtisadi potensialı ortaya qoyulur. Cənab Prezidentin görüşlərində, müsahibəsində və eyni zamanda işgüzar müzakirə panelində çıxışları Azərbaycanın qısa bir zamanda böyük uğurlar qazandığını göstərir. Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, ölkəmiz təbii sərvətlərindən səmərəli şəkildə istifadə edir. Azərbaycan bu gün regionun stabillik faktoruna çevrildiyini bariz şəkildə ortaya qoyur. Ölkəmizlə bağlı müzakirələrdə dünyanın Azərbaycanın uğurlarına böyük maraq göstərdiyini bir daha hiss edirik. Daxili problemləri olan ölkələr Azərbaycanın təcrübəsindən müsbət mənada yararlana bilərlər. Eyni zamanda təbii sərvətlərdən gələn gəlirlərin əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, iqtisadi potensialının güclənməsinə doğru atılan addımlarla az əhəmiyyətli deyil. Ən əsası Davos Forumunda Azərbaycan bir daha Ermənistan tərəfdən torpaqlarının bir hissəsinin işğalının tək Azərbaycan deyil, region və dünya üçün fəsadlarını göstərə bilir. Dünya Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə daha yaxından tanış ola bilər. Hesab edirəm ki, cənab Prezidentimiz həmişə olduğu kimi bu dəfə də bu beynəlxalq forumdan Azərbaycanın tanıdılması, ölkəmizə olan maraqların daha yaxından öyrənilməsi üçün uğurla istifadə edə bildilər".
Alim
Olaylar.az