2019-cu il Azərbaycanda islahatlar ili kimi yadda qaldı- TƏHLİL

2019-cu il Azərbaycanda islahatlar ili kimi yadda qaldı-TƏHLİL

Artıq neçə ildir ki, Azərbaycan özünün uğurlu inkişaf yoluna qədəm qoyub. Ölkəmizin iqtisadi qüdrəti və potensialının ildən-ilə artması, bu sahədə qazandığımız uğur və nailiyyətlər həyatımızın əksər sahələrinə öz müsbət təsirini göstərir. İstər sosial, istər aqrar, istər mədəni-humanitar, istərsə də digər sahələrə öz müsbət təsirini göstərməkdədir. Bu gün ölkəmizdə kınd təsərrüfatı sahəsi uğurla inkişaf edir və artıq Azərbaycan 10-15 illə müqayisədə kənd təsərrüfatı məhsullarını idxal deyil, ixrac edirsə, dünya bazarlarında istehsal etdiyimiz məhsullara tələbat artırsa, deməli bu məhz iqtisadiyyatımızın uğurlu inkişafının nəticəsidir. Digər tərəfdən ölkə iqtisadiyyatının inkişafı aqrar sektora daha çox diqqətin ayrılmasına da imkan yaradır. Yerlərdə fermerlərlə əlaqəli müxtəlif qurumların yaradılması, onlara güzəştli şərtlərlə kreditlırin, eyni zamanda subsidiyaların verilməsi dı məhz iqtisadi sahədə qazandığımız uğurlardan qaynaqlanır. Elə bütün bunların göstəricisidir ki, son illər ərzində ölkədə kənd təsərrüfatı sahəsi nəzərə çarpacaq dərəcədə inkişaf edib və statistik göstəricilər də bunu aydın görmək mümkündür.

İqtisadiyyatımızın inkişafı eynilə sosial sahənin də inkişafına təkan verir. Müxtəlif iqtisadi layihələrdən əldə edilən gəlirlər və dövlət büdcəsində bunun əsaslı dərəcədə öz əksini tapması hökumətə, hakimiyyətə imkan verir ki, sosial sahədə insanların rifah halının yaxşılaşdırılmasına hesablanmış müxtıəlif layihələr, islahatlar gerçəkləşdirsin. Son illər ərzində ölkədə minimum əmək haqqı, maaş və pensiyalar, cımiyyətin müxtəlif təbəqələrinə verilən təqaüdlərin bir neçə dəfə artırılması, problemli kreditlər, Qarabağ müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslərlə bağlı atılan inqilabi addımlar məhz ölkə iqtisadiyyatının sürətli inkişafı fonunda sosial sahədə qeydə alınan müsbət irəliləyişlərdəndir.

Azərbaycan iqtisadiyyatının bu şəkildə inkişafı və demək olar ki, dünyaya nümunə kimi göstərilməsi heç şübhəsiz ki, birbaşa düzgün idarəçiliklə bağlıdır. Əgər ölkədə düzgün idarəçilik olmasa, hər hansı bir inkişafdan, uğurdan danışmaq yersiz olar. Ancaq Azərbaycanda Cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində bunun əksini görürük. Elə Azərbaycan Respublkikasının Prezidenti Cənab İlham Əliyev də bu günlərdə 2019-cu ilin yekunları ilə bağlı keçirilıən müşavirədə çıxışı zamanı bu məqama diqqət çəkib. Dövlət başçısı  keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edildiyini bildirməklə yanaşı, onu da diqqətə çatdırıb ki, əldə edilən nəticələr də öz növbəsində düzgün idarəçiliklə bağlıdır: "Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir".

Dövlət başçısının da qeyd etdiyi kimi 2019-cu il Azərbaycanda islahatlar ili kimi yadda qaldı və bu islahatlar həyatımızın bütün sahələrini özündə ehtiva etdi. Dövlət başçısının rəhbərliyi altında hıəyata keçirilən islahatlar əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda ayrı-ayrı sahələrdə də günümüzün tələbinə uyğun addımların atılmasını zərurətə çevirdi. Bu sırada vergi və gömrük sahəsində həıyata keçirilən islahatları xüsusi qeyd etmək lazımdır. Hər iki istiqamətdə həyata keçirilən islahatlar büdcəyə daxil olan vəsaitlərin artması ilə yanaşı, həm də uzun illər bu sahələrdə mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına imkan yaratdı. Eyni zamanda vətəndaşın vergi və gömrük orqanlarından müntəzəm olaraq etdiyi şikayətlərin də sayını azaltdı. Təsadüfi deyil ki, elə sözügedən müşavirədə də Cənab Prezident bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib:  "Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır".

Qeyd etdiyimiz kimi vergi və gömrük sahəsində həyata keçirilən islahatlar və bu islahatlar nəticəsində əldə edilən gəlirlər birbaşa sosial sahəyə, insanların rifah halının yaxşılaşdırlmasına yönləndirilir ki, bu da birbaşa dövlət başçısının iradəsindən irəli gəlir. Hər zaman əhalinin sosial cəhətdən daha yaxşı yaşaması, onun sosial müdafiəsinin gücləndirilməsi prinsipini əsas götürən Cənab Prezidentin bundan sonra da eyni tendensiyanı və siyasəti davam etdirəcəyi şübhə doğurmur. Elə Cənab Prezident müşavirədə çıxışında da bunu açıq şəkildə ifadə etdi: "Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır".

Orxan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31