Vitse-spiker deputatın etirazına aydınlıq gətirdi

Vitse-spiker deputatın etirazına aydınlıq gətirdi

"Keçən il tikintiyə büdcədən 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib"."Olaylar" xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib. O, deyib ki, təhsilə, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir: "Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?"-deyə Q.Həsənquliyev söyləyib.

Milli Məclis sədrinin müavini Bahar Muradova həssas qruplar üçün binalar tikildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını xatırladıb: "Yalnız tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır, əməkhaqqı alırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31