Tikinti ilə bağlı 14 rayonda qanun pozuntusu aşkarlanıb
Sənədlər Faktlar Baş prokurorluğa göndərilib
25 Yanvar 2019 15:38 İqtisadiyyatSənədlər Faktlar Baş prokurorluğa göndərilib
2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib. "Olaylar" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib kollegiya iclasında bildirib. Əlavə edib ki, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş" tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Baş prokurorluğa təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb.