Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır

Ölkənin iqtisadi sistemi böhrandan əziyyət çəkən dövlətlər üçün nümunədir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası təmin edilib. Məlum olduğu kimi Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır.

Ölkənin iqtisadi sistemi böhrandan əziyyət çəkən dövlətlər üçün nümunədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası təmin edilib. Məlum olduğu kimi Azərbaycanda  iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23,0 faiz artıb.Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kv. m olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11,0 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin strateji hədəflərini təşkil edir. H.Rəcəbli bildirib ki, Azərbaycan inkişaf baxımından dünyanın lider dövlətləri sırasındadır. Onun son sözlərinə görə, son 15il ərzində ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, 2 milyona qədər yeni iş yerləri yaradılıb, əhalinin gəlirləri dəfələrlə artıb: "İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetirilir. Həyata keçirilən siyasət ilk növbədə, sosial müdafiə tədbirlərində əhatəliliyin, şəffaflığın və ünvanlılığın təminatına, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir". Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, aparılan məqsədyönlü və hərtərəfli siyasət nəticəsində 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı təmin edilib:"İqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladığı kimi, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli inkişaf edir". A.Hüseynov bildirib ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz artıb: "Əlbəttə, bu, qlobal şokların hələ də davam etdiyi bir vaxtda çox yaxşı göstərici hesab oluna bilər". Deputat əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət ötən il ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb: "İl ərzində 118 min daimi iş yeri açılıb. Ümumilikdə, regionların inkişafı strategiyasının başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib". A.Hüseynov vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara yaradılan münbit şərait beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan il ərzində 32 pillə irəliləyərək 25-ci yerdədir. Əlbəttə, bu, çox yaxşı göstəricidir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramlar özünü tamamilə doğrultdu". O, qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardan belə yüksək qiymət alması eyni zamanda ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaradır: "Təbii ki, Dünya İqtisadi Forumu kimi beynəlxalq nüfuzlu təşkilatlar ölkəmizdəki münbit şəraiti yüksək qiymətləndirdiyi üçün xarici investorların ölkəmizə maraqları artacaq ki, bu da öz növbəsində yeni investisiyaların cəlb edilməsi deməkdir". Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. Təkcə o faktı qeyd etmək kifayətdir ki, əksər Avropa ölkələrində dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır. Bu isə ölkədə həyata keçirilən iqtisadi siyasətin təzahürüdür.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31