Komitə sədri: “Banklar faiz dərəcələrini azaltmalıdır”
13 Noyabr 2018 15:43 İqtisadiyyat"Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir: "Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31