İordaniya kralı Azərbaycan prezidentinə məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən A. Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib. Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olunub, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib. A. Al-Macali İordaniya kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31