SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinin və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu təhvil alıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürüb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, təhvilalma prosesi Norveçin "Statoil" və Malaziyanın "Petronas" şirkətləri arasında "Statoil"un "Şahdəniz" yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15.5 faiz, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15.5 faiz və Azərbaycan Qaz Təchizatı Şirkətində 12.4 faiz iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 2013-cü il, dekabrın 17-də imzalanmış müvafiq razılığa uyğun olaraq həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31