"Azərbaycan regionun mərkəzinə çevrilib"
30 Aprel 2015 17:38 İqtisadiyyatAzərbaycan bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə böyük uğurlara nail olub və Qafqazın mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin sabiq Prezidenti Abdullah Gül bildirib. O vurğulayıb ki, Bakı öz enerji imkanları ilə daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan tarixi şəhərdir. A.Gül deyib ki, Ankara Azərbaycanın uğurlarını izləyir və bundan fərəhlənir: "Bakı bölgədə siyasi və mədəni hadisələrin mərkəzinə çevrilir". Sabiq dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfindən koordinasiya olunan layihələri vacib qiymətləndirir. O bu layihələr sırasında "Cənub Qaz Dəhlizi" və Bakı-Tbilisi-Qars dəmiryolu magistralının rolunu xüsusi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31