Azərbaycanda pensiya kartlarının buraxılışı ilə məşğul olacaq bankların sayı dəyişməyəcək
29 Aprel 2015 17:32 İqtisadiyyatAzərbaycan vətəndaşlarına pensiyaların verilməsi ilə məşğul olan bankların siyahısı dəyişməz qalacaq. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bu işi görən banklar hazırda qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən tam olaraq gəlirlər. Hazırda pensiyaların verilməsi işinə Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" cəlb edilib. E.Mehdiyev əlavə edib ki, bu banklarla olan müqavilələrə yenidən baxılması tərəflərdən birinin onlara riayət etməməsi halında baş verə bilər. Hazırda ABB və "Kapital Bank"ın bankomatlarından istifadə etməklə pensiyaçılar komissiya ödənişindən azad olunurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31