Mərkəzi Bank hərrac keçirdi

Ölkənin əsas bankı 30 milyonluq qiymətli kağızı hərraca çıxarıb

Azərbaycanın Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə bu gün Bakı vaxtilə saat 11-dən 12:30-dək hərrac keçirilib. Anspress-in məlumatına görə, Mərkəzi Bank ümumilikdə 30 milyon manatlıq not - qiymətli kağızı satışa çıxaracaq. Aprelin 29-da onun 5 milyon manatı üzrə hərrac baş tutub. Bir notun nominal dəyəri 100 manatdır. Alınmış notlar üzrə son ödəmə tarixi mayın 27-dir. 2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşıb. Bununla paralel dolların dəyəri digər məzənnələrə nisbətdə bahalanıb. Azərbaycanın Mərkəzi Bankı 2011-ci ildən 2014-cü ilin noyabrına qədər Mərkəzi Bankın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 15 milyardı ötüb. Martın sonuna Mərkəzi Bankın valyuta ehtiyatı təxminən 9.5 milyard dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31